ALMANİYANIN BREMEN ŞƏHƏRİNDƏ QUBA MƏSCİDİNİN TƏMƏLİ QOYULDU

0

Almaniyanın Bremen şəhərində “İslam Cəmiyyəti Milli Görüş” (IGMG) hərəkatının təşkilatçılığı ilə “Quba” məscidinin təməl qoyma mərasimi olub.

İki minarəli və 7 günbəzli olması nəzərdə tutulan məscidin təməl qoyma mərasimində Bremen əyalətinin baş naziri və bələdiyyə başçısı Andres Bovençult, Türkiyənin Hannover baş konsulu Gül Özge Kaya ilə yəhudi və xristian icmalarının nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən bələdiyyə başçısı Bovençul, bu məscidin möhtəşəm arxitekturası ilə şəhəri daha da gözəlləşdirəcəyini və müsəlmanlara verdiyimiz dəyəri nümayiş etdirəcəyini deyib.

Məscidlərin toplaşmaq üçün məkanlar olduğunu deyən bələdiyyə başçısı, sadəcə açıq qapı günləri yox, məscidlərə tez-tez gəlmək lazım olduğunu qeyd edib.

Smeta dəyəri 2 milyon avroya yaxın olan “Quba” məscidinin 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AMERIKADA 85 YAŞLI RAHİBƏ İSLAM DİNİNİ QƏBUL ETDİ – VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 85 yaşlı rahibə Lenora Fisher kəlimeyi-şəhadət gətirərk İslam dinini qəbul edib. Məlumata görə Fisher ötən həftə...

Bağla