Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ arasında imzalanmış 4 sazişə əsasən, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Həmçinin BOTAŞ və AGSC (Azerbaijan Gas Supply Company – red.) arasında Azərbaycan qazının tədarükünün 2023-cü ilin sonuna qədər uzadılmasına dair saziş imzalanıb. İmzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram”, – paylaşımda vurğulanıb.
Bundan əlavə, A.Bayraktar Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı sənədin imzalandığını qeyd edib.