AMERİKA MÜSƏLMANLARI CO BAYDENƏ TƏŞƏKKÜR ETDİ

0

ABŞ-ın 46-cı prezidenti Co Baydenin and içərək vəzifəyə başlamasından sonra ölkədəki müsəlman cəmiyyətləri ona təbrik və dəstək mesajları göndərib.

Ölkədəki böyük müsəlman mülki hüquq  müdafiəçilərindən olan “Amerika-İslam Münasibətləri Şurası” (CAİR), ofisdəki ilk günündə Baydenin, sabiq president Trampın “müsəlman yasağı” kimi bilinən siyasətini dala qaytarmasını razılıqla qarşıladıqlarını bildirib.

Açılamada fikirləri açıqlanan CAİR-in direktoru Nihad Avard bildirib ki, president Baydendən verdiyi sözləri yerinə yetirməsini gözləyirik.

“Bayden administrasiyasından, federal hökumət daxilində müsəlmanların və miqrantların dini və irqi profillərinin çıxarılmasına səbəb olan ədalətsizlikləri müzakirə edərək daha irəliyə getməsini gözləyirik.”   

Amerikada müsəlman cəmiyyətlərin təşkilatçısı hesab edilən “ABŞ Müsəlman Cəmiyyətləri Şurası” da (USCMO) bu barədərəsmi internet səhifəsində bəyanat yayıb.

“Sələfinin qərəzli və yarıtmaz müsəlmanlara səyahət qadağası qoyan qərarını ləğv etdiyi üçün president Baydeni təbrik edirik və ona təşəkkür edirik. USCMO-nun qeydlərinə görə bu yasaq 88 mindən çox insana mənfi təsir edib. Baydendən xahişimiz budurki, 2017-ci ildən bəri qəsdən kənara atıldığı üçün yığılan viza müraciətlərinə də baxsın.”

Xatırladaqki, Donald Tramp president seçildiyi zaman onun ilk icraatlarından biri bəzi müsəlman ölkələrin vətəndaşlarının ABŞ-a səyahət etməsinə məhdudiyyət qoymaq olmuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏHABƏNİN CÜMƏ NAMAZI HƏSSASLIĞI

Əshabi-kiram öz işlərini özləri görən adamlar idi. Cümə günü namaz vaxtına qədər işlərini bitirib namaz vaxtı olunca namaza gedərdilər. Bəziləri...

Bağla