ABŞ Viskonsin əyalətində yaşayan 60 yaşlı qadın “Diriliş Ərtuğrul” serialına baxaraq İslam dinini qəbul edib.
Müsəlman olduqdan sonra adını Xədicə (Khadija) olaraq dəyişdirən qadın bu seriala baxdıqdan sonra İslam dinini və Osmanlı tarixini araşdırdığını deyib.
Serialda ən çox sevdiyi obrazın İbn Ərəbi olduğunu deyən qadın, hər bölümə 4 dəfə baxdığını, indi 5-ci dəfə izlədiyini bildirib.
“Səhhətində yaranan problem səbəbilə bir müddət əvvəl iş həyatından ayrıldığını deyən Xədicə, müsəlman olduqdan sonra həkimlərin yazdığı dərmanlara ehtiyac hiss etmədiyini qeyd edib.
“Hər səhər oyananda və hər axşam yatanda mənə bir gün daha bəxş edən Allaha şükür edirəm. İnsanların əksəriyyəti həyatın necə qısa olduğunun fərqində deyil. İnsanlara sözüm budur ki, həyatınızı mənim etdiyim kimi səhv yollarda israf etməyin. Nə geyindiyimiz paltarlar, nə də sürdüyümüz maşınlar həyatın mənası deyildir. Daha diqqətli baxın və araşdırın. Nəsillər keçdikcə inanclar da zəifləyir. Eqoist bir cəmiyyət olmaq əvəzinə, insanlar üçün necə faydalı olunacağının müzakirə edildiyi bir cəmiyyət olun.”