Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidini ziyarət edən amerikalı turist İslam dinini qəbul edib.
Qeyd edək ki, Ayasofiya məscidində, Türkiyənin Bartın vilayətində baş vermiş mədən qəzasında dünyasını dəyişən mədənçilər üçün “Mövlud” oxunub.
Mövlud mərasimi vaxtı Antoni adlı amerikalı turist müsəlman olmaq istədiyini açıqlayıb. Bundan sonra turist, mövlud proqramı üçün məsciddə olan Hüseyn Çevik xocanın yanına aparılıb.
Kəliməyi-şəhadət gətirərək müsəlman olan amerikalı adını da Muhamməd Fatih olaraq dəyişdirib.