Ankara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib

0

“Ankarada Şuşa mədəniyyət günləri” çərçivəsində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ankara valisi Vasip Şahinlə görüşüb.

Bu barədə Aydın Kərimov özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

Xüsusi nümayəndə bildirib ki, çox səmimi və mehriban şəraitdə keçən görüşdə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri nəticəsində şəhərin geri qayıtmaqda olan əzəməti, turizm potensialı və inkişafı barədə danışılıb.

Bununla yanaşı, bu gün Şuşanın beynəlxalq arenada tanınması istiqamətində atılmaqda olan addımlar və həyata keçirilən layihələr barədə də məlumat verilib. Vasip Şahin Şuşa şəhərinə olan sevgisindən söz açıb və bu şəhərin inkişafı istiqamətində hər bir dəstəyə açıq olduğunu diqqətə çatdırıb.

Sonda xatirə hədiyyələri təqdim olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ANKARADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYACAQ”

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil...

Bağla