ANKARADA AZƏRBAYCAN VƏ TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ BAŞLAYIB

0

Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

H.Fidan C.Bayramovu qarşılayıb və səmimiyyətlə salamlayıb.

Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.

Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.

XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANİMARKA QURANIN YANDIRILMASINI QADAĞAN ETMƏYİ PLANLAŞDIRIR

Danimarka Quranın və digər dini mətnlərin yandırılmasını qadağan etməyi planlaşdırır. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın...

Bağla