ANKARADA HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILIB

0

Ankarada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

“Report”un Ankara bürosu xəbər verir ki, tədbir 21-ci Ankara Kitab Sərgisi çərçivəsində CSO Ankara mərkəzində baş tutub.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini andıqdan sonra ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib ki, Heydər Əliyev bütün həyatını öz xalqının inkişafına həsr edib: “O, əsl Ümummilli Lider kimi ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyini təmin etdi, genişmiqyaslı islahatlar apardı, investisiyalar cəlb etdi, Azərbaycan iqtisadiyyatına təkan verdi”.

R.Məmmədov ulu öndərin Azərbaycan Türkiyə əlaqələrinin möhkəmlənməsində xidmətlərini də qeyd edib.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində Heydər Əliyevin rolu vurğulanıb, dahi siyasətçinin ölkəmizin nüfuzunun genişlənməsində xidmətləri xatırladılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN CƏNUBİ KİPRİN SİLAHLANMASI BARƏDƏ BƏYANAT YAYIB, XƏBƏRDARLIQ EDİB

Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb. Sənəddə Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətini sürətləndirdiyinin müşahidə olunduğunu...

Bağla