Türkiyənin paytaxtı Ankarada terror hadisəsi törədilib. Yerli mətbuatın xəbərinə görə, ötən gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında kustar üsulla hazırlanmış partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının təhqiqatları davam edir.