“Ankarada “TURKOVAC” peyvəndi istehsal edən möhtəşəm gigiyena layihəsi icra edəcəyik”

0

“COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndimiz bütün insanlar üçün istehsal edilir. Bunun üçün dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olacaq daha möhtəşəm bir gigiyena layihəsini Şanlıurfadan sonra Ankarada həyata keçirəcəyik”.

Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, “TURKOVAC”a Afrika ölkələrindən çox tələbat var.

Türkiyə Prezidenti əlavə edib ki, yaxın zamanlarda Ankarada inşa olunacaq sözügedən mərkəzlə bağlı tender elan ediləcək. Ölkə başçısı, həmçinin, bildirib ki, Türkiyə COVID-19-a qarşı peyvənd istehsal edən 9 ölkədən biri olub.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum...

Bağla