ANKARADA YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ OLUB – ÖLƏNLƏR VAR

0

Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən rayonunda yaşayış binasında partlayış baş verib. Yerli mətbuatın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Təbii qaz səbəbindən baş verdiyi güman edilən partlayış zamanı binanın yarısı uçub.  

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Ankara valisi Vasip Şahin hadisə yerinə gedərək partlayış barədə jurnalistlərə açıqlama verib. Faktla bağlı təhqiqat davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN ORDUMUZUN TOVUZDAKI MÖVQELƏRİNİ YENİDƏN ATƏŞƏ TUTUB

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi...

Bağla