AP MİLLƏT VƏKİLİ: UKRAYNA VƏ ƏFQANISTAN ARASINDA İKİLİ STANDART UYĞULANIR

0

Avropa Psrlamentinin (AP) irlandıyalı millət vəkili Klar Deyli, Ukraynadakı müharibəni gündəmdə saxlayan AP-nin Əfqanıstanda baş verənlərə səssiz qalmasını tənqid edib.  

AP-nin plenar iclasında çıxış edərək Ukrayna və Əfqanıstan arasında ikili standart uyğulandığını deyən Deyli, əfqan xalqının məruz qaldığı humanitar böhranın niyə bu qədər əhəmiyyətsiz görüldüyünü soruşub.  

“Sözsüz ki, günahsız insanların, “böyüklərin” dalaşında fəda edildiyi böhran dövründə yaşayırıq. Bəli Ukraynada, amma sadəcə Ukraynada deyil. Axırıncı plenar iclasdan bəri on minlərlə əfqan ərzaq və təhlükəsizlik qayğıları ilə ölkəsindən qaçmağa məcbur oldu. 5 milyon uşaq qıtlıq və xəstəliklə qarşı-qarşıyadır. Uşaq yaşda nigahlarda 500% artış olub. Bir də həyatda qalmaları üçün satılan uşqlar. Onlardan bəhs edilmir. Burada yox, heç bir yerdə bəhs edilmir.” – deyə Klar Deyli bildirib.

İrlandiyalı millət vəkili bildirib ki, Əfqanıstanda baş verənlər telekanallarda Ukrayna kimi işıqlandırılmır və hər hansı şəkildə humanitar müdaxilə edilmir.  

“Xüsusi bir toplantı bir tərəfə, plenar iclasda da onlardan bəhs edilmir. Burada əfqan heyət yoxdur, hər hansı bir bəyanat da yoxdur. Aman Tamrım! Hər halda məruz qaldıqları humanitar böhranın bu qədər əhəmiyyətsiz görülməsi onlara da maraqlıdır. Dərilərinin rəngimi? Ağdərili olmadıqları üçünmü? Avropalı olmadıqları üçünmü? Problemlərin mənbəyinin ABŞ olmasına görəmi? Ölkələrinin milli sərvətinin oğurlanması qərarının rus yox, hegomon ABŞ-ın prezidenti tərəfindən verilməsimi? Çünki bütün müharibələr pisdir və bütün qurbanlar dəstəyə layiqdir və bu mərhələyə çatana qədər heç bir təhlükəsizliyimiz yoxdur.” – deyə Deyli vurğulayıb.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə...

Bağla