ARAN RAYONLARINDA 38 DƏRƏCƏ İSTİ OLUB

0

İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN SƏFİRİ ƏRBİLDƏ TÜRKİYƏNİN BAŞ KONSULU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraqın Ərbil şəhərinə səfər edib. Bu barədə diplomat “X”də paylaşım...

Bağla