ASELSAN AZƏRBAYCANDA YENİ LAYİHƏLƏR HAZIRLAYIR

0

“ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır”.

Bu fikirləri Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.

“Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan regio­nal təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı dövlətlərimizə hər cür töhfə verməyə çalışırıq.

90-cı illərin əvvəllərindən Qarabağ bölgəsində Azərbaycan Ordusunu ASEL­SAN məhsulları ilə təmin etməklə bu torpaqları daha da firavanlaşdırmaq, övlad­larımıza işıqlı gələcək bəxş etmək məqsədi ilə sarsılmaz təməllər üzərində qurduğu­muz əlaqələrimiz bir çox sahələrdə davam edir. 1998-ci ildə Azərbaycanda fəaliyyət sahələrimizin artması və göstərdiyimiz xidmətlər sayəsində ASELSAN-ın 100 faiz törəmə şirkəti olan “ASELSAN-Bakı”nı yaratdıq. “ASELSAN-Bakı” vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri kimi ən son texnologiya məhsulları təklif edirik”, – o vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NASA 24 İLAHİYYATÇINI İŞƏ GÖTÜRƏCƏK

Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Kosmik Agentliyi (NASA) 24 ilahiyyatçını işə götürməyə qərar verib. Bu çərçivədə din xadimləri ilə birlikdə...

Bağla