Həzrəti Mövlana buyurur:
“Aşiqə beş vaxt namaz kifayət etməz. Beş yüz min vaxt istəyər.”
“Heç həqiqi aşiq vüslatın bitməsini istəyərmi?”
Namazın ən böyük ləzzəti, Allah-Taalaya yaxınlaşmaq və onunla birlikdə olmaqdır. Necə ki, Qurani-Kərimdə, “…Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!” (Ələq-19) buyurulur. İbadətin mənəvi zövqünü, maddi zövqü ilə müqayisə etmək olmaz. Bu yolda taxtını-tacını tərk edərək İlahi eşq dəryasına dalan həzrəti İbrahim bin Ədhəm buyurur:
“İlahi məhəbbətə qərq olmaq və vəcdə gəlmək görünən bir şey olsaydı, krallar onu almaq üçün bütün xəzinələrini və səltənətlərini fəda edərdilər.”
Nəfsə xoş gələn ləzzətlərin əlaməti, əldə etdikdən sonra arzu və həvəsin ölməsidir. Halbuki mənəvi ləzzətlər əldə edildikcə daha çox və daha böyük şövqlə arzulanır. Xülasə, Allah-Taala ilə söhbət dərəcəsində qılınan namazdan doymaq olmaz. Ona görə də həqiqi aşiqlər, namazlarındakı vüslat halının bitməsini istəmirlər.
Mənbə: Osman Nuri Topbaş, “Hz. Mövlana”