AŞQABADDA İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞÜB

0

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PREZİDENTİ: “ZƏNGƏZUR DƏHLİZİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK”

“Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla