Astronomlar dünyaya yaxın olduğu düşünülən böyük Centaurus A qalaktikasının yeni görüntülərini əldə edib.
Fotoşəkil, Çilidəki Kerro Tololo Amerika qitəsi rəsədxanasında olan, 4 metrlik teleskopun üstünə yerləşdirilmiş 570 meqapisellik qaranlıq enerji kamerası ilə çəkilib.
Centaurus A 1826-cı ildə Şotland astronomu James Dunlop tərəfindən kəşf edilmişdir. Bu qalaktikanın ortasındakı qara dəliyin uzunluğu, 4,2 işıq ildir. Bu kainatda aşkarlanmış qara dəliklər arasında ən böyüyüdür və məhz buna görə də o, “qara dəliklərin atası” adlanır. Centaurus A-nın mərkəzində mövcud olan qara dəlik Günəşdən 55 milyon dəfə böyükdür və geniş diapazonda radiodalğalar yayır. Bu qara dəlik hazırda Avstraliyada TANAMİ adlı radioteleskop adlı cihazla davamlı müşahidə olunur. Centaurus A ilə Bizim qalaktika arasındakı məsafə 12 milyon işıq ili uzunluğundadır və bizə ən yaxın qalaktikalardan biri hesab edilir.
Centaurus A qalaktikası yer kürəsinin cənub yarımkürəsinin ən parlaq göy cismidir.