Attestasiyadan keçməyən din xadimləri gələn il yenidən imtahan verəcək

0

Attestasiyadan keçməyən 13 din xadimi gələn ilin mart ayında yenidən imtahan verəcəklər.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qurumda keçirilən müşavirədə deyib.

O xatırladıb ki, 2024-cü il 4-6 mart tarixlərində keçirilmiş din xadimlərinin attestasiya olunması üçün 61 din xadiminin sənədləri qəbul edilib:

“Attestasiya Komissiyası tərəfindən onlardan 32 din xadiminin bilik və bacarığının tutduğu vəzifəyə uyğun, 14-nün uyğun olmadığı, 13 din xadiminin isə bir ildən sonra yenidən attestasiya olunması şərti ilə fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİD VƏ ZİYARƏTGAHLARDA MONİTORİNQLƏR KEÇİRİLİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Komitədən verilən xəbərə görə, müşavirədə DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin...

Bağla