“Avropa Müsəlmanları Formu” ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməyinə kəskin etiraz edib. Formun açıqlamasında Baydenin bu addımının Ermənistanın müsəlman qonşuları Azərbaycan və Türkiyə ilə münasibət qurmağına zərər verəcəyini bildirib.
“Cənab Baydenin tələsik qəbul etdiyi subyektiv qərar bütün tərəflərin 1 əsr əvvələ aid mübahisəli və qeyri-müəyyən hadisələrin konustruktiv müzakirəsinə zərər verir.
Ümidvarıq ki, Ankara bu cür təhrik edici vəziyyətdən alnı açıq çıxacaq müdrikliyə sahibdir. Həmçinin ümidvarıq ki, Qarabağ probleminin həlli prosesində rəsmi Bakı ilə İrəvan iki xalqın rifahı və sülh şəraitində yaşamaqları üçün bir formul üzərində razılığa gələcəklər.
Bu cür hadisələr ABŞ rəsmilərinin, NATO-nun müttəfiqi olan Türkiyə Cümhuriyyəti ilə mürəkkəb əlaqələrini daha da çətinləşdirir. Habelə Türk və İslam dünyasında ABŞ-ın imicinə xələl gətirir.” – deyə formun bəyanatında bildirilib.