İsral-Qəzza münaqişəsinin başlamasından sonra Avropa ökələrində hər gün 400 nəfər İslam dinini qəbul edir.
Bu barədə, əsas peşəsi cərrahlıq olsa da, güclü debat və inandırıcılıq bacarığı ilə bir çox ölkədə keçirdiyi konfranslarla tanınan “Bombey İslam Araşdırmaları Fondunun” prezidenti Dr. Zakir Naik məlumat verib. Naik 7 oktyabrdan sonra minlərlə qeyri-müsəlmanın İslam dinini qəbul etdiyini açıqlayıb.
Avropa İslam Təşkilatları Federasiyasından (FIOE) verilən məlumatı paylaşan Zakir Naik, “İsrail-Fələstin müharibəsi başlamazdan əvvəl (7 oktyabr) hər gün təxminən 80 nəfər müsəlman olurdu. Ancaq müharibə başlayandan bəri (yalnız Avropada) bir gündə müsəlman olanların sayı 400-ə yüksəldi. Təkcə Fransada iki ayda 20 min qeyri-müsəlman Qəzzadakı videolardan təsirlənərək İslamı qəbul etdi.” deyib.
Haber7.com