Almaniyanın Hannover şəhərində “Qurani-Kərim Tilavəti” müsabiqəsi keçirilib.
“İslam Cəmiyyəti Milli Görüş” (IGMG) dərnəyinin təşkilatçılığı ilə 30-cu dəfə keçirilən müsabiqə 10-13 yaş kiçiklər və 14-18 yaş böyüklər olmaqla 2 kateqoriyada baş tutub. Ümumilikdə Avropadakı 600 məsciddən seçilən şagirdlərin iştirak etdiyi müsabiqənin qalibi kiçiklərdə Avstriyadan Mert Öztürk, böyüklərdə isə Almaniyadan Talha Keser olub.
Müsabiqənin sonunda, vəfatının 30-cu ildönümü münasibətilə hafiz Abdulbasit Abdussaməd də dualarla yad edilib.