Avstraliya hökumıti İslamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə təyin edib

0

Avstraliyada hökumət Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının müsəlman məsələləri üzrə “qlobal eksperti” Aftab Maliki İslamofobiya üzrə xüsusi nümayəndə təyin edib.

Bu barədə “ABC News” kanalı xəbər yayıb.

Hökumətin islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi olan Malikin üç illik səlahiyyət müddəti oktyabrın 14-də başlayacaq.

Hökumət bildirib ki, xüsusi elçi kimi Malik müsəlman icmasının üzvlərini, dini ayrı-seçkilik üzrə ekspertləri və birbaşa hökumətin “bütün səviyyələrini” islamofobiya ilə mübarizə üzrə dinləyib onlarla əlaqə saxlayacaq.

İngiltərədə pakistanlı ailədə anadan olan Malik 2012-ci ildə Avstraliyada məskunlaşıb.

Malik əvvəllər Yeni Cənubi Uelsin baş nazirinin ofisində icma ilə əlaqə və zorakı ekstremizmə qarşı mübarizə üzrə çalışıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailin Qəzzaya hücumları və sonrakı sosial parçalanmadan sonra hökumət antisemitizm və islamofobiya nümayəndələrini təyin edəcəyinə söz vermişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Komitəsinin sədri Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 3-dən 9-dək Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları...

Bağla