AVSTRALİYADA HİCABLI QADINLAR 8 MARTDAN NECƏ İSTİFADƏ ETDİLƏR?

0

Planetin bir çox ölkələrində Beynəlxalq Qadınlar Günü qeyd olunduğu bir vaxtda Avstraliyanın şimalında yaşayan müsəlman qadınlar bu dünyəvi tarixdən faydalanaraq öz dinləri ilə bağlı bir maarifləndirici tədbir təşkil ediblər.

Xarici İslam saytları bildirir ki, 8 Mart ərəfəsində Darvin şəhərində müsəlman xanımlar qadın kimliyinin mühüm elementi olan hicaba həsr olunmuş görüş keçiriblər.

Darvində 100-dən çox millət və onlarla dini konfessiya nümayəndələri yaşayır. Qadınlar günü ərəfəsində şəhərdəki İslam Şurası hicabla bağlı yanlış stereotip və düşüncələri aradan qaldırmaq məqsədilə şəhərin çoxmillətli icmasını dəvət etməyə qərar verib. Gənc müsəlman qadınlar qeyri-müsəlman xanımlara özlərininn hicabla ruhi bağlılığı və Allaha münasibətləri haqda ətraflı məlumat veriblər.

Tədbirdə Avstraliyanın paytaxtı Melburnda ilk hicab salonu açmış biznes-ledi Reyyan Emniyet Ates, Melburn Universiteti hüquq fakültəsinin tələbəsi Safiya Muyin və başqa fəal müsəlman qadınlar çıxış ediblər. Hicabın müxtəlif formaları, örtüyün bağlanma qaydaları və s. mövzusunda master-klas keçirilib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“SOSİAL ŞƏBƏKƏLƏRƏ GİRİŞİN MƏHDUDLAŞDIRILMASI İRANIN GERİDƏ QALMASINA SƏBƏB OLUR”

Bu sözləri İran prezidenti Həsən Ruhani Gilana səfəri zamanı təşkil edilən mitinqdə söyləyib.

Bağla