AVSTRİYA MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASI TERRORÇU BRENTON TARRANTIN BU ÖLKƏDƏKİ ƏLAQƏLƏRİ İLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK

0

Yeni Zelandiyada müsəlmanlara qarşı terror törətmiş Brenton Tarrantın Avstriya ilə əlaqələri ölkə gündəmində əsas xəbərlər sırasındadır.

Ölkənin Federal Kansleri terrorçunun “İdentitarist hərəkatı” ilə əlaqəsini təsdiqləyib. Həmçinin prokurorluq orqanları terrorçunun bu hərəkatın hesabına ianə köçürdüyünü müəyyən ediblər.

Avstriyanın müxalifət partiyaları isə Milli Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün parlamentdə məsələ qaldırıblar. Müraciətdə Avstriyaya bir neçə dəfə səfər etmiş yeni zelandiyalı terrorçunun bu ölkədəki sağçı-ekstremist şəbəkə və qruplaşmalar ilə mümkün əlaqələrinin, eləcə də həmin şəbəkələrin dövlət təhlükəsizlik aparatı ilə mümkün yaxınlığının araşdırılması məsələləri yer alıb.

Hökumətin məxfi məsləhətləşmə qremiyası olan Milli Təhlükəsizlik Şurası xarici, müdafiə və təhlükəsizlik siyasəti üzrə mühüm məsələlərin müzakirəsi üçün yığışır. Konkret mövzuya uyğun olaraq, hökumət və parlament üzvləri ilə yanaşı, müxtəlif ekspertlər də belə iclaslara cəlb edilirlər.

Federal Kansler Aparatı yanında fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurasının iclasının dəqiq vaxtı məlum olmasa da, onun yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SEHR VƏ FALÇILIQ

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Ənam s.59)

Bağla