AVSTRİYALI KEŞİŞ: ORUC TUTAN İNSANLARA HEYRAN OLURAM – VİDEO

0

Avstriyanın paytaxtı Vyana şəhərindəki “Hildegard Burjan” kilsəsində fəaliyyət göstərən keşiş Martin Ruppreçt müqəddəs ramazan ayının başlaması müasibəti ilə İslam dünyasını təbrik edib.

Təbrikini social şəbəkədə paylaşdığı videoçarxla gerçəkləşdirən xristian din xadimi fikirlərini türkcə ifadə edərək oruc tutanlara heyran olduğunu deyib.

“Hörmətli müsəlman dstlarım ramazan ayınız başlayır. Ramazan ayların sultanıdır. Belə də olmalıdır,çünki ilin digər ayları bu günlərin ruhu ilə formalaşır. Formalaşan bur ruh intizam, qonaqpərvərlik, dua və mərhəmət ruhu ilə birləşir. Mən oruc tutan insanlara heyran oluram.  

Bu mübarək ibadət insanın nəfsinə çətin görünür, amma onu ilahi iradəyə yaxınlaşdırır və ona nə olduğunu göstərir.

Yaradanın nemətlərini sevən bir insan, Yaradıcının iradəsinə təslim olmuş bir qul. Bu səbəbdən də ramazan ayında bütün aləmlərin Yaradıcısına şükür etməyi yenidən öyrənirik. Rəbbin mərhəməti sadəcə bütün insanlara deyil, bütün canlılara və hətta bütün yaradılmışlaradır. Mübarək oruc bizi yeniləmək istəyir.   

 Korona pandemiyası səbəbindən bu il bir imtina da var. təravih namazları məscidlərdə qılına bilməyəcək. Böyük bir itkidir. Bir çox insan bunu başa düşə bilməz.

Amma Tanrı bizə ramazan və məhdudiyyətlər verib. Bütün bunlar bizim insanlığımıza, əxlaqımıza, qardaşlarımızla sevgi ilə yaşamağımıza, xülasə hər şeyimizə yardım etməlidir.

Xristian bir din xadimi kimi hər gün axşam dualarımda sizing üçün dua etmək istəyirəm. oruc tutduğunuz üçün sizə təşəkkür edirəm. ramazan ayı hamınıza mübarək olsun.” – deyə keşiş Ruppreçt təbrikində bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÜTLƏVİ DİNİ MƏRASİMLƏRLƏ BAĞLI YENİ QAYDALAR MÜƏYYƏNLƏŞİR

Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir. Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir. Qanuna əlavə...

Bağla