AXINA QARŞI ÜZMƏK!

0

Bu dünyada iki formada yaşam şəkli var. Bunlardan biri palaza bürünüb elnən sürünmək, digəri isə axına qarşı üzməyə çalışmaqdır.

Birinci yaşam forumuna uyğun yaşamağa çalışanlar başqalarından fərqlənməyib kütlənin seçiminə boyun əyənlərdir. İkinci kateqoriyada olanlar isə özlərini hamı kimi deyil, özlərini özləri kimi görüb, doğru bildiklərinə inanıb yaşayanlardır.

Doğrudur! Axına qarşı üzmək çətindir, yorucudur və ağırdır. Ancaq nəticəsi daha yüksəyə qalxaraq daha təmiz və saf suya qovuşmaqdır. Axına qapılmaq isə asandır. İnsanı yormaz. Heç bir əziyyət çəkmədən istədiyin qədər yol qət edə bilərsən. Ancaq nəticəsi isə sona doğru yaxınlaşmaq və ən aşağıda qərar tutmaqdır.

Nəticə etibarilə irəlilədiyin sahədə uğur qazanmaq istəyirsənsə hamı kimi olmamalısan. Yeməyindən, yatmağına, çalışmağından, oxumağına qədər fərqlilik hiss etməlisən. Yəni köləlikdən qurtulmaq istəyən adam əvvəlcə özünün köləsi olmaqdan qurtulmalıdır.

Yarışı eyni sürətlə başlayıb eyni sürətlə davam edənlər yox, sürətlə başlayıb daha da sürətlə davam edənlər qazanır. Əgər getdiyiniz yolda bu gün gəzərək irəliləməyə təmbəllik edirsinizsə, sabah bu yolda qaçmağa məcbur olacaqsınız.

Sizin də həyatınız uğur qazanmamış insanların həyatından fərqlənmirsə və siz hələ də uğur qazanmaq istəyirsinizsə bu mümkün olmaycaq. Çünki siz axına çoxdan qapılmısınız. Bu həyat şəklini dəyişmək üçün axına qarşı üzməyiniz şərtdir.

Bir də bu yolda əgər bir adam sizə gördüyünüz işi bacarmayacağınızı deyirsə. Unutmayın ki, bu onun  məhdudiyytlərinin əksidir. Sizin deyil. Onun bacarmayacağı bir işi siz də bacarmayacaqsınız deyə bir şey yoxdur.

Son olaraq onu da deyim ki, sadəcə Allahın yardımına inanaraq özünüzə güvənib iş görməyi unutmayın yoxsa başqalarının köməyini gözləyə-gözləyə ömrü hədər edərsniz.  Bir məşhurun da dediyi kimi Uşaq idim. Anama “ağaca çıxacam, kömək et” dedim. “Başqasının çıxartdığı yerdən düşə bilməzsən, yıxılarsan” dedi. Bunu heç vaxt unutmadım. Nə qədər doğru olduğunu böyüyüncə anladım. Siz-siz olun qalxacağınız yerə özünüz qalxın ki, düşəndə əziyyət çəkməyəsiz.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ-NİN İNTERNET TELEVİZİYASI FƏALİYYƏTƏ BAŞLAYIB

Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb. QMİ-dən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin yeni layihəsi olan 114 TV Ramazan...

Bağla