AXİRƏTDƏ NƏSİBİ OLMYANLAR

0

Dünya axirətdən nəsibi olmayanların nəsibidir.

Həzrəti Mövlanə buyurur:

“Sən heç buğda əkib, arpa cücərdiyini gördünmü?”

Hər birimiz axirətdə, dünyada elədiyimiz əməllərin qarşılığını görəcəyik. Bu gün deünya tarlasına nə əkərsək, sabah axirətdə sadəcə onun məhsulunu toplayacağıq.  

Bir şey çox dəqiqdir ki, iman nurundan və könül feyzi ilə yerinə yetirilən ibadətlərdən məhrum, hər cür əyləncə, çılğınlıq, zülüm və haqsızlıqla, nəfsani bir həyatla keçən qaranlıq bir dünya gecəsi, işıqlı bir əbhədiyyət səhəri gətirməyəcək. Həmçinin, dünya həyatının nəfsə xoş gələn arzuları, aqibət solğunluğunun qafilcə atılan qəhqəhələri də məruz qalınacaq cəhənnəm həyatının xəbərçisidir.    

Əbədi səadət günəşi isə; sadəcə ilahi bəyanların işığında və doğru istiqamət üzrə ömür yaşayıb rahat vicdan, səlim qəlb və üzünün ağı ilə axirətə köçənlərin üfüqündə doğacaq.

Mənbə: Osman Nuri TOPBAŞ – “Həzrəti Mövlanə” kitabı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏCBURİ SƏFƏR HİCRƏT

Həyatın bir səfər, dünyanın bir kölgəlik anı olduğunu bizə öyrədən Allahın Rəsuludur (s.ə.s).  Əslində hər səfər yeni bir imtahan olduğu...

Bağla