Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofiya məscidinə giriş iki qapıdan həyata keçiriləcək.
Yerli mətbuatın xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
UNESCO-nun tövsiyyəsi ilə nazirlik məscidə ibadət üçün gedən Türkiyə vətəndaşları ilə ekskursiyaya gedən əcnəbilərin iki ayrı qapıdan girmələrini təmin edəcək.
Mehmet Nuri Ersoy bildirib ki, nazirliyin bu qərarı 2024-cü il yanvar ayının 15-də qüvvəyə minəcək. Nazir hesab edir ki, bu qərar məscidin qarşısında əmələ gələn uzn növbə problemini də aradan qaldıracaq.