AYASOFİYA MƏSCİDİNDƏ 86 İLDƏN SONRA RƏQAİB GECƏSİ QEYD EDİLDİ – FOTO

0

Türkiyənin İstanbul şəhərindəki Böyük Ayasofiya məscidində 86 ildən sonra ilk dəfə rəqaib gecəsi keçirilib.

Tədbirdə Türkiyə Diyanət İşləri başqanı professor Əli Erbaş da iştirak edib və proqramın sonunda dua edib.

Əli Erbaşın qıldırdığı işa namazından sonra başlayan tədbirdə ilk olaraq Ayasofiya məscidindən 4 dəfə səla oxunub. Səladan sonra Qurani-Kərim tilavət edilib, daha sonra mövlüd, ilahilər və salavatı-şərif oxunub.

Tədbirdə çıxış edən Diyanət başqanı Əli Erbaş bütün müsəlmanları rəqaib gecəsi münasibəti ilə təbrik edib. Erbaş, üç ayların və rəqaib gecəsinin yaxınlaşmaqda olan müqəddəs ramazanın xəbərçisi olduğunu deyib.

“Bu rəhmət gecələrini fürsət bilib səmim təvbələrimiz ilə Rəbbimizə yönələrək daxili dünyamızı və ictimai həyatımızı yenidən quraq. Bu bərəkətli üç ayları şifahi və əməli dualarımızla qulluq və qardaşlığımızın möhkəmlənməsinə, birlik və bərabərliyimizin güclənməsinə vəsilə edək.” deyə Əli Erbaş geniş nitqinin yekununda bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QARSDAN ÇƏKİLƏN DƏMİR YOLU NAXÇIVANIN STRATEJİ ÖNƏMİNİ ARTIRACAQ”

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunda təmsil olunan 87 millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və...

Bağla