AYASOFİYA MƏSCİDİNDƏ 88 İL SONRA İLK TƏRAVİH NAMAZI QILINDI – FOTO

0

İstanbulun fəthinin rəmzi sayılan Ayasofiya məscidində, 88 illik fasilədən sonra ötən gecə ilk kütləvi təravih namazı qılındı.

Namaz qılmağa gələnlərin çox olması və məsciddə yer qalmaması səbəbindən bir çox mömin namazı, evdən gətirdiyi canamaz və ya kartonların üstündə Sultan Əhməd meydanında qılıb.  

Ayasofiya məscidini namaz vaxtından əvvəl dolduran möminlər burada salavatı-şərifə və kəlimeyi-tevhid oxuyub, Quran tilavət ediblər.

İlk təravih namazını Türkiyənin rəsmi dini komitəsi Diyanetin sədri Əli Erbaş qıldırıb və namazdan sonra vətəndaşlarla birlikdə dua edib.

Xatırladaq ki Ayasofiya məscidi iki il əvvəl ibadətə açılsa da, qlobal covid-19 pandemiyası səbəbindən daha əvvəlki ramazanlarda burada kütləvi təravih namazı qılınmamışdı.

 

ayasofya2-005.jpg

ayasofya3-004.jpg

ayasofya4-001.jpg

ayasofya5-002.jpg

ayasofya6.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
APREL QƏLƏBƏSİNİN İLDÖNÜMÜDÜR

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin dördüncü ildönümüdür. 2016-cı il, aprelin...

Bağla