AYASOFİYADA 87 İL SONRA İLK BAYRAM NAMAZI QILINIB – VİDEO

0

Mayın 13-də İstanbulun Ayasofya məbədində 87 il sonra ilk bayram namazı qılınıb.

COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində keçirilən ibadət mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.

Xatırladaq ki, keçən il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ŞUŞA MƏSCİDİNİ ZİYARƏT EDİB – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa...

Bağla