AYASOFİYADA İLK NAMAZIN QILINACAĞI TARİX AÇIQLAND

0

Ayasofiya məscidinin muzeyə çevirlməsini təmin edən Nazirlər Kabineti qərarının Dövlət Müşavirliyi (Danıştay) tərəfindən ləğv edilməsindən sonra bu məbəddə ilk namazın qılınacağı tarix də açıqlanıb.

Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən axşam canlı yayımda millətə müraciəti (ulusa sesleniş) vaxtı açıqlama verib. Türkiyənin rəhbəri Ayasofiyada ilk namazın 24 iyul tarixində cümə günü qılınacağını açıqlayıb.

Xatırladaq ki, İyulun 2-də Ayasofiya üçün keçirilən məhkəmə prosesindən sonra Dövlət Müşavirliyi 10-cu departamenti ötən gün öz qərarını açıqlayıb. Departament, Ayasofiyanı muzeyə çevirən 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabineti qərarını ləğv edib. Bununla da Ayasofiyanın yenidən məscid statusuna qovuşub.

Bu qərarın açıqlanmasından sonra məbəddə ilk namaz ibadəti, ötən axşam şam namazının kütləvi olaraq qılınması ilə yerinə yetirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UTANMIRSANSA İSTƏDİYİNİ ET!

Hədis mənbələrinə nəzər saldığımız zaman bu sözün bütün peyğəmbərlərə aid olduğuna dair bir məlumatla qarşılaşırıq. Belə ki, Rəsulullah (s.ə.s) bunu...

Bağla