AYASOFİYANIN AÇILIŞINDA ƏRDOĞANIN ZƏNG VURDUĞU ŞƏXS VƏFAT ETDİ – VİDEO

0

Böyük İslam alimi və mütəfəkkirlərindən Bədiuzzaman Səid Nursinin tələbələrindən olan Hüsnü Bayramoğlu vəfat edib.

Yerli mətbuatın xəbərinə görə koronovirusa yoluxan Hüsnü Bayramoğlunun müalicəsi 2 həftədir intubasiya müdaxiləsi ilə davam edirdi.

Türkiyənin başda dövlət nazirləri və millət vəkilləri olmaqla bir çox rəsmi şəxs social şəbəkədə Hüsnü Bayramoğlu barədə nekroloq paylaşıb.

Karabük vilayətinin Safranbolu rayonunda 1935-ci ildə dünyaya gələn Bayramoğlu 1949-cu ildən Bədiuzzamanın tələbəsidir və vəfat edənə qədər onun yanında olub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ayasofiya məscidinin açılışında zəng vuraraq Hüsnü Bayramoğlunu şəxsən dəvət etmişdi.

Hüsnü Bayramoğlu sabah İstanbul Eyyub Sultan məscidində qılınaaq cənazə namazından sonra “Eyyub Sultan” qəbristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMAN MİLLƏT VƏKİLİ MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ – VİDEO

Almaniyanın Vuppertal şəhərindən olan millət vəkili Helqe Lind qeyri-adi paylaşımla müsəlmanları ramazan münasibəti ilə təbrik edib. Daha əvvəl də müsəlmanlara...

Bağla