AZƏRBAYCAN BEYNƏLXALQ İSLAMİ KONFRANSDA İŞTİRAK EDİR

0

Xorvatiyanın paytaxtı Zaqrebdə ölkə prezidentinin himayədarlığı altında “Sülh və əminamanlıq naminə ümumbəşər qardaşlıq” müvzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Tədbirin təşkilatçısı kimi İslam Aləmi Liqası (İAL), Xorvatiya müsəlmanları Təşkilatı və Xorvatiyanın yepiskoplar konqresi çıxış edir.

Konfransın açılış mərasimi Xorvatiyanın presidenti xanım Kitaroviç, habelə ölkənin baş naziri, parlamentin spikeri və nazirlər iştirakı ilə keçib. Mərasimdə həmçinin İAL baş katibi Məhəmməd Əl-İsa, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası dialoq mərkəzinin baş katibi Feysal bin Muammar, Misir diyarının müftisi Şauqi Əllam, Əlcəzair Ali Dini şürasının sədri Buabdulla Qulamulla, Vatikanın İslamla dialoq departamentinin başçısı Monsinyor Xaled Akaşe və digər tanınmış simalar iştirak ediblər.

Konfransda Balkan regionunun və digər Avropa ölkələrinin müftiləri, Vatikanın, Səudiyyə Ərəbistanı Krallığının, Birləşmiş Ərəb Əmirliklərinin, Misir Ərəb Respublikasının, Küveyt dövlətinin, Əlcəzair Xalq Demokratik Respublikasının, Mərakeş Krallığının, Rusiya Federasiyasının, eləcə də bir sıra digər ölkələrin yüksək rütbəli dövlət və din xadimləri iştirak edirlər.

Ölkəmizi konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri – sədrin birinci müavini Salman Musayev və sədr müavini Rəşad Əliyarlı, eləcə də Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov təmsil edirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SLOVENİYA MÜSƏLMANLARININ 50 İLDİR GÖZLƏDİYİ MƏSCİD İBADƏTƏ HAZIRDIR

Sloveniyanın paytaxtı Lyubliyanada tikilən və ölkənin yeganə minarəli məbədi olan “Lyubliyana məscidi” iyun ayında möminlərin istifadəsinə veriləcək. İslamveirfan.com xəbər verir...

Bağla