“Azərbaycan-Ermənistan sülh sazişi ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq”

0

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır.

Ərdoğan Balkan yarımadası ölkələrinin sabitliyinə və sülhünə xidmət edən addımları hər zaman dəstəklədiklərini bildirib.

Ölkə başçısı xatırladıb ki, Türkiyə ötən ilin oktyabr ayından Kosovodakı NATO qüvvələrinə komandanlıq edir. Ərdoğan Türkiyənin 70 ildən artıqdır fəal və güclü üzvü olduğu NATO-nun təhlükəsizliyin təməl daşlarından biri olduğunu vurğulayıb.

Prezident Türkiyənin NATO-dakı müttəfiqi ABŞ ilə Vaşinqtonda keçirilən son strateji mexanizm toplantısında əməkdaşlığı inkişaf etdirmək qərarına gəldiklərini və Avropa Birliyinə üzvlüyün strateji hədəf olaraq qaldığını bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ORTA DƏHLİZ TDT-NİN DAİMİ VƏ İMTİNAEDİLMƏZ GÜNDƏM MADDƏSİDİR”

Orta dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) daimi və imtinaedilməz gündəm maddəsidir. Bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “X”də yazıb....

Bağla