AZƏRBAYCAN HƏCC KVOTASI YENİDƏN ARTIRILDI

0

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

Məlumata görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda Həcc kvotasının 600 olduğu açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib. Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NİZAMİ GƏNCƏVİNİN KAMİLLİK ARAYIŞI

İnsanların  hörmət və məhəbbətlə qoruyub saxladığı və özündən sonrakı nəsillərə də təbliğ etdiyi mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan ədəbiyyatının...

Bağla