Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən “Nüsret-2023” beynəlxalq təlimində iştirak edir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.
Xatırladaq ki, Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsret-2023” beynəlxalq hərbi təlimi keçirilir.
Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.
Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.