AZƏRBAYCAN İSLAM HƏMRƏYLİYİ OYUNLARINI 99 MEDALLA BAŞA VURUB

0

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub.

İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANDA MULTİKULTURALİZMİN İNKİŞAFI TƏMİN EDİLİB”

Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb. Bu fikirlər Qafqaz Müsəlmanları...

Bağla