AZƏRBAYCAN KAHRAMANMARAŞDA KONTEYNERLƏRDƏN İBARƏT MƏHƏLLƏ SALIB

0

Heydər Əliyev Fondu və xeyriyyəçi azərbaycanlı iş adamlarının dəstəyi ilə Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkmişlər üçüb yeni məhəllə salıb.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb.

O bildirib ki, konteynerlərdən ibarət məhəllə Kahranmaraş şəhərinin Türkoğlu rayonunda yaradılıb: “Zəhməti olan hər kəsə təşəkkür edir, millətimizə növbəti dəfə “keçmiş olsun” deyirəm”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mövlud Çavuşoğlu: “Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir”

"Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber”...

Bağla