Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib: “Sizin acınız bizim acımızdır”

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Başsağlığıda deyilir: “Cari ilin 12 yanvar tarixində, “Pençe-Kilit” əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRAQDA TÜRKİYƏ ORDUSUNUN 9 ƏSGƏRİ ŞƏHİD OLUB

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu nəticəsində 9 hərbçi şəhid olub. Bu barədə Türkiyənin...

Bağla