Azərbaycan nümayəndəsi İƏT-in Baş katibi ilə əməkdaşlığı müzakirə edib

0

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Şahin Abdullayev bu qurumun Baş katibi Hüseyn Brahim Taha ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“<…> Taha bu gün, 27 yanvar 2025-ci il tarixində, Baş Katibliyin mənzil-qərargahındakı ofisində Azərbaycan Respublikasının İƏT-dəki daimi nümayəndəsi səfir Zati-aliləri Şahin Abdullayevi qəbul edib”, – mətbuat xidməti qeyd edib.

Bildirilib ki, tərəflər qurumla Bakı arasındakı “münasibətlərin səviyyəsini təqdir edib və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”.

“Baş katib Azərbaycanın İƏT-in fəaliyyətinə və Birgə İslam Fəaliyyətinə verdiyi dəstəyi təqdir edib. Tərəflər həmçinin İƏT-in gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda diqqətə çatdırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA 300 MİNDƏN ÇOX FƏLƏSTİNLİNİN GERİ QAYITDIĞI AÇIQLANIB

Bazar ertəsi günü 300 mindən çox fələstinli Qəzza zolağına qayıtmaq imkanı yarandıqdan sonra anklavın şimal rayonlarına geri dönüb. “Report” xəbər...

Bağla