AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ ŞƏHİD OLUB

0

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində hərbçimiz şədis olub. İslamveirfan.com xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir:

“2020-ci ilin 07 mart tarixində saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanmış, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.”

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Paşazadə Orxan da düşmən təxribatı nəticəsində şəhid olub. 

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAQQ DOSTLARINDAN HİKMƏTLƏR – YUNUS ƏMRƏ – 5

Yunus Əmrə həzrətləri buyurur: Eşidin ey ulular, axırzaman olusar Sağ müsəlman seyrəkdir, ol da güman olusar… Əcəb məxluq erişdi, göz...

Bağla