Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşüb.
Yaralı vəziyyətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Niftalıyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Niftalıyev Novruz Eldəniz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Report