AZƏRBAYCAN PREZİDENTİ HAKAN FİDANI QƏBUL EDİB

0

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRZURUMDA 5 ƏSRLİK ƏNƏNƏ: 1001 XƏTMİN DUASI EDİLDİ

Türkiyənin Ərzurum vilayətində Pir Əli Babanın başlatdığı və təqribən 5 əsrdir davam edən 1001 xətm duası edilib. Məllumata görə Pir...

Bağla