AZƏRBAYCAN PREZİDENTİ: “MÜSƏLMAN ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏR BİZİM ÜÇÜN XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR”

0

Dövlət başçısı: “İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk”

“Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir”. Bu fikirləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir: “Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk”.

Ölkə Prezidenti onu da vurğulayıb ki, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. “Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır”,-deyə dövlət başçısı əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA GƏNCƏDƏ “İMAMZADƏ” DİNİ KOMPLEKSİNİ ZİYARƏT EDİB

"İmamzadə" kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla...

Bağla