Azərbaycan prezidenti Türkiyəli həmkarına məktub yazıb: “Hər cür yardıma hazırıq…”

0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bu ölədə baş vermiş zəlzələ ilə əlaqədar məktub yazıb. AzərTac-ın yaydığı məlumata görə Azərbaycan Prezidenti İlham Əliyev təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Məktubda deyilir:

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2020-ci il.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20.55-də episentri Elazığ şəhərinin Sivrice rayonunda olan 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər vilayətlərdə də hiss olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb

Türkiyənin Elazığ vilayətində zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı artıb. Bu barədə Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsi (AFAD)...

Bağla