AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜB

0

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Qafqazda sülhün və sabitliyin davamlı olması üçün din xadimləri də səy göstərməlidir”

Fevralın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra...

Bağla