AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL EDİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Gülər: Azərbaycan ilə Ermənistan arasında daimi sülh üçün imkan yaranıb

Azərbaycanla Ermənistan arasında bundan sonra daimi sülh bərqərar olacaq. Bunun üçün mühüm imkan qapısı açılıb. Bu fikirləri Türkiyənin milli müdafiə...

Bağla