Azərbaycan Prezidentinin köməkçisi: Ermənistan Xızı və Abşeron istiqamətində raket atıb

0

Ermənistan silahlı qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.

O, həmçinin əlavə edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə isə iki raket atılıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mingəçevirə raket zərbələri endirilib – yaralılar var – VİDEO

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini,...

Bağla