Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası gələn il daha bir layihə həyata keçirəcək.
Assosiasiyanın sədri Səbuhi Abbasov bildirib ki, layihə çərçivəsində Gənclər Fondunun dəstəyi ilə Bakıda Azərbaycan-Slavyan gənclərinin birinci forumu təşkil ediləcək.
Qeyd olunub ki, gələn ilin fevralında keçiriləcək forumda 18 ölkənin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. S.Abbasov forumun ölkəmizin dünyada təbliğinə töhfə verəcəyinə inandığını bildirib.